Müsabiqənin nəticələri açıqlanacaq

Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "Mənim Yay Tətilim-2017" Respublika Uşaq Rəsm müsabiqəsinin yekun sərgisi oktyabrın 6 - da saat 16:00-da Xətai Sənət Mərkəzində keçiriləcək. Olaylar bildirir ki, müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilir.

Müsabiqədə 430-dən çox uşaq 900-ə yaxın rəsm işi ilə iştirak edib. Sərgidə 130 uşağın 140 işi nümayiş olunması nəzərdə tutulur. Müsabiqədə Lənkəran, Şəki, Zığ qəsəbəsi, Xırdalan, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, o cümlədən, Qax, Xırdalan, Binəqədi, Suraxanı, Səbail, Ağdaş, Sumqayıt, Lənkəran, Sabunçu və başqa bölgələrin məktəbliləri xüsusi fəallıq göstəriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR