“jAzzeri Muğam Bands” - Yerli caz ifaçılarının konserti

Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. Saraydan "Olaylar" - a bildirilib ki, "jAzzeri Muğam Bands" caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və "Savab" caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və "Cəngi" estrada folklor qrupu, Əməkdar artist Rəşad Haşımov və "Rast" qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet iştirak edəcəklər.

Konsertdə yerli caz kompozisiyaları və dünyaca məşhur əsərlər səsləndirəcəklər.

Qeyd edək ki, saat 19:00-da başlayacaq konsertin biletləri 10-40 manat arasında satışa çıxarılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR