"Bakı Foto 2017" foto müsabiqəsinin qalibləri mükafatlandırılacaq

Sentyabrın 17 -də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda "Bakı Foto 2017" foto müsabiqəsinin iştirakçılarının mükafatlandırılma mərasimi olacaq. "Olaylar" bildirir ki, tədbirdə həmçinin  müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi də keçiriləcək. Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək: "İçərişəhər: Dünən, Bu Gün", "Portret", "Təbiət", "Tədbirlər" və "Bədii Fotoşəkil".

Sərgidə qaliblərin fotoşəkilləri ilə yanaşı, finalçıların da işləri nümayiş olunacaq. Müsabiqədə eyni zamanda "100 Business Women of Azerbaijan" təşkilatının təsis etdiyi "Qadın fotoqraf" nominasiyasının qalibi də təqdim olunacaq. Müsabiqənin münsiflər heyətinə Sənan Ələskərov və Quram Sibaxaşvili daxildir.
Tədbir Böyükqala 42/19 ünvanında keçiriləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR