"Zəngəzurun qala qapısı Qubadlı"

Xalça Muzeyi tərəfindən təşkil olunmuş Qubadlı rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş "Zəngəzurun qala qapısı Qubadlı" adlı tədbir keçirilib.

"Olaylar" bildirir ki, tədbirdə Qubadlı və Laçın Tarix-Diyarşünaslıq Muzeylərinin eksponatlarından ibarət sərgi təşkil olunub. Sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, bədii tikmə, toxuculuq alətləri, mis qablar və digər məişət əşyaları nümayış olunub.

Tədbirin rəsmi hissəsində Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva,  Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, Qubadlı rayonu Böyük Vətən Müharibəsi Veteranlar Komitəsi Qubadlı rayon şöbəsinin sədri Razim Əliyev, AMEA  A. A. Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Ramin Əlizadə və digər qonaqlar Qubadlının mədəniyyət, incəsənət və elm xadimləri haqqında öz dəyərli fikirlərini bildirib, işğal altında qalan maddi-mədəniyyət nümunələrindən bəhs ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR