“Retro Bakı” – nın konserti “Qarabağ”- a həsr olundu

Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən "Retro Bakı" konsertləri "Qarabağ" futbol klubunun qalibiyyətinə həsr olunub. "Olaylar" bildirir ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, əməkdar artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva, Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, "Səma" rəqs qrupu, "Renessans" və "İnci" qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

Həmçinin, konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin iştirakı da böyük maraqla qarşılanıb.

Müğənnilərin rəngarəng musiqi sədaları altında paytaxt sakinləri və turistlər rəqslər edib və maraqlı anlar yaşayıblar.

Konsert ərzində "Qarabağ" futbol klubunun tarixi oyunundan video görüntülər nümayiş olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR