Canlı aləmin qorunması üçün -“Canlı Aləm və Etika”

Avqustun 11 -də Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Fotoqraflar Birliyinin dəstəyi ilə "Canlı Aləm və Etika" adlı mətbuat konfransı keçiriləcək. Birlikdən "Olaylar" - a bildirirlir ki, məqsəd : Ətraf mühit, canlı aləmin qorunmasi hər hansı iş fəaliyyəti sahəsi kimi deyil, hər birimizin ən azından öz həyatımızın davamı naminə məsuliyyətimiz, həyat qarşısında insani borcumuzdur. Konfransda Dövlət Qeydiyyatından keçmiş, Heyvanlar Aləminin mühafizəsi sahəsində məsul və fəal olan təşkilatların Koalisiyası: Heyvanların Mühafizəsi Azərbaycan Cəmiyyəti, "Evsiz Heyvanların Müdafiəsi" Cəmiyyəti, "Alyans" Canlı Aləmin Mühafizəsi Cəmiyyəti və digərlər iştirak edəcəklər.

Konfransa iştirak edərək fikir bildirmək üçün Təhsil Nazirliyindən, Bakı şəhər və Rayonların İcra Hakimiyyəti Nümayənəliklərindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Dövlət Baytarlıq Xidmətindən, Fövqəladə Hallar Nazirliyindən, Daxili İşlər Nazirliyindən, Nazirlər Kabinetindən, Milli Məclisdən, bütün QHT Forumu Nümayəndə Təşkilatlarından və digər ziyalı rəsmilər dəvət ediləcəkdir. Konfransda məlum faktlar təqdim ediləcək, "Heyvanların qədar rəftardan mühafizəsi və populyasiyasına humanist nəzarət " istiqamətində müxtəlif aspektlər, qanunlarımız və cəmiyyətdə bu sahədə olan reallıqlarla bağlı Dövlət və Qeyri-Dövlət qurumlarının ekspertləri, tanınmış ziyalılarımız, Millət Vəkillərimiz tərəfindən dəyirmi masa ətrafında müzakirə olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR