İttifaqdan “Yay” sərgisi

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda "Yay" adlı rəsm sərgisi açılıb. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil olunub. "Olaylar" bildirir ki, tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov və Milli Məclisin deputatı İlham Məmmədov sərginin əhəmiyyətindən danışıblar. Ekspozisiyada Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunub. Bir həftə davam edəcək sərgidə rəngkarlıq, yağlı boya, akvarel və dekorativ tətbiqi sənətə aid müxtəlif mövzulu portretlər sərgilənəcək.
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR