Mənzil-muzeydə “Açıq qapı” günü 

Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları və C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin vəfatından 33 il ötür. Bu münasibətlə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin və Niyazinin mənzil-muzeyinin kollektivi Fəxri xiyabanda maestronun məzarını ziyarət edəcək. Bundan başqa, Niyazinin mənzil-muzeyində "Açıq qapı" günü təşkil olunacaq.

Avqustun 2-dən start veriləcək "Açıq qapı" günü çərçivəsində qonaqlara maestro haqqında sənədli filmlər, onun konsertlərindən, "Rast" muğam-baleti və "Çitra" baletindən videogörüntülər təqdim olunacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR