Muzeydə ustad dərsləri

Sentyabrın 4 və 20 - də Xalça Muzeyində "Azərbaycanın mədəni sərvəti" layihəsi çərçivəsində Dağıstanın tanınmış kaytaq və usişin tikmə növləri üzrə mühazirələr və ustad dərslər təşkil olunacaq. Muzeydən "Olaylar" - a bildirilib ki, dərslər tikmə və geyim üzrə bərpaçı-mütəxəssis, kolleksioner, müstəqil sərgi kuratoru Raisat İsmayılova tərəfindən keçiriləcək. R. İsmayılova 1996-cı ildən A. Taxo-Qodi adına Dağıstan Dövlət Birləşmiş Tarix və Memarlıq Muzeyində, 2011-2015-ci illərdə P.S. Həmzətova adına Dağıstan Təsviri İncəsənət Muzeyində və Etnik Mədəniyyət Mərkəzində çalışıb, bir sıra sərgilərin kuratoru və nəşr layihələrə rəhbərlik edib. Hal-hazırda bacısı Cəvqərət Monakova ilə birgə Dağıstanın qədim tikmələrindən biri sayılan kaytaq və usişin tikmə növləri üzrə ustad dərslər keçirir, XIX əsrə aid nadir tikmə növlərindən ibarət zəngin kolleksiyaya malikdir.

Ustad dərslər Azərbaycan və rus dillərində təşkil olunacaq. Dərslər tam pulsuz həyata keçirilir. Kursda iştirak edən şəxslər sonda sertifikatla təltif olunacaqlar. İştirak etməkdən ötrü qeydiyyatdan keçmək üçün bu elektron ünvana müraciət etməyiniz xahiş olunur: carpetmuseum.baku@gmail.com

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR