“Gizli xəzinələri ilə Türkiyəm” adlı fotosərgi 

Bakı Yunus Əmrə İnstitutunda Türkiyənin Azərbaycandakı Mədəniyyət və Təqdimat Müşavirliyinin birgə təşkilatçılığı ilə Sebahat Döğerin "Gizli xəzinələri ilə Türkiyəm" adlı fotosərgisi açılıb. Sərginin açılış mərasimində tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Sərgidə Türkiyənin müxtəlif bölgələrində çəkilmiş 30-dək fotoşəkil yer alıb. İki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsi, ölkəmizin tarixi və turizm məkanlarının tanıdılması baxımından əhəmiyyət daşıyır. Sərgi iyulun 23-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR