Meksikalı rəssamın  sərgisi

"İçərişəhər"də yerləşən "Art Tover" qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kaloya həsr edilmiş rəsm sərgisi açılıb. Sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.

"Arts Council Azerbaijan" - dan "Olaylar" -a bildirib ki, sərgi çərçivəsində qonaqlar ekspozisiyada yer alan 30-dək sənət əsəri vasitəsi ilə Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri - Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış ola bilərlər.

Qeyd edək ki, sərgi iyulun 25-dək davam edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR