IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə

İyulun 11-də Gənlər və İdman Nazirliyinin təşkilatçılığı, "Azəridmanservis" MMC-nin dəstəyilə və GİN-nin mətbu orqanı "İdman" qəzetinin informasiya dəstəyilə Muzey Mərkəzində "IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə" adlı fotosərgi keçiriləcək. Fotoqraflar Birliyindən "Olaylar" - a bildirilib ki, 21 idman növü üzrə 54 ölkənin qatıldığı Beynəlxalq  yarışmada 6000 idmançı öz gücünü sınamış qızıl, gümüş və bürünc medallar uğrunda mübarizə aparıb. Şərqlə qərbi birləşdirən bu mötəbər yarış  Azərbaycanın beynəlxalq arenada imicini daha da möhkəmləndirib.
Təbii ki, Azərbaycan fotoqrafları da öz növbəsində obyektivin gözü ilə bu tədbirin dinamikasını, möhtəşəmliyini sənət əsərinə çevirmişlər.
Sərgidə 52 müəllifin 200-ə yaxın əsəri nümayiş olunacaq. Giriş sərbəstdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR