Elçin Əzizov Savonlinna Opera Festivalında çıxış edəcək

İyulun 7-dən avqustun 4-dək Finlandiyada Savonlinna Opera Festivalı keçiriləcək. Azərbaycanın əməkdar atisti Elçin Əzizov Rusiya Dövlət Akademik Böyük Teatrının yaradıcı heyətinin qastrolu çərçivəsində bu festivalda iştirak edəcək. İyulun 25-29-da festivalda nümayiş olunacaq P.Çaykovskinin "İolanta" operasında həmvətənimiz İbn Hakia obrazını canlandıracaq. Bu barədə məlumatlar Böyük Teatrın saytında və "operabase" portalında yer alıb.
E.Əzizov 2008-ci ildən Böyük Teatrın solistidir. O, Pyotr Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", Sergey Prokofyevin "Üç portağal sevgisi", N.A.Rimski-Korsakovun "Çar gəlini", Jorj Bizenin "Karmen", Modest Musorqskinin "Boris Qodunov", Cüzeppe Verdinin "Traviata", "Don Karlos", Aleksandr Borodinin "Knyaz İqor" operalarında, İohan Ştrausun "Yarasa" operettasında yaddaqalan obrazlar yaradıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR