“Azərbaycan muzeylərində Çin sənəti” mövzusunda seminar

Tarixi Muzeyi Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov və Hədiyyələr və xatirə əşyaları fondunun kiçik elmi işçisi Günel Alıyeva Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Azərbaycan muzeylərində Çin sənəti" mövzusunda keçirilən seminarda iştirak ediblər.

Muzeydən "Olaylar" - a bildirilib ki, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov muzey işi sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafı haqqında danışıb. G.Alıyeva isə öz çıxışında muzeyin zəngin bölmələrindən olan Hədiyyələr və xatirə əşyaları fondunda mühafizə olunan Çin Xalq Respublikası nümayəndələri tərəfindən verilmiş hədiyyələr haqqında ətraflı məlumat verdi. Daha sonra Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor R.Abbasova muzeyin nəfis tərtibatlı nəşrləri hədiyyə edildi.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR