Azərbaycan Dövlət Filarmoniyasında növbəti konsert

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarlar Vasif və Ceyhun Allahverdiyevlərin əsərlərindən ibarət konsert proqramı təşkil olunub.

Filarmoniyadan "Olaylar" - a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyi və filarmoniyanın birgə təşkilatçılığı ilə gerçəkləşən konsertdə Xalq Artisti, dirijor Teymur Göyçayevin rəhbərliyi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib.

Qeyd edək ki, konsert çərçivəsində bəstəkarların əsərləri Xalq artistləri Fidan Hacıyeva, Samir Cəfərov, Əməkdar Artist Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Səbinə Ərəbli, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və Aynur İsgəndərli tərəfindən ifa olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR