“Google” səs yazılarını dinlədiyini etiraf etdi

Google şirkəti istifadəçilərin danışıqlarının yazıldığını etiraf edib və həmin səsyazmaların internetə sızdırılma səbəblərini açıqlayıb.

Olaylar.az bildirir ki, bu barədə "4pda" resursu məlumat verib.

Şirkət təmsilçiləri bunun Google Assistant kimi məhsulların yaradılması üçün lazım olduğunu bildiriblər.

Qeyd olunub ki, bəzən cihaz səhvən ətrafdakı səsləri əmr kimi qəbul edərək aktivləşə bilir. Buna görə də Google-a istifadəçinin deməyə planlaşdırmadığı səs yazıları gəlir. Lakin, "Google" bu istifadəçilərin kimliyini sirr olaraq saxlayır.

Şirkətin məlumatına əsasən əməkdaşlar bütün səsyazmaların yalnız 0.2%-ni dinləyirlər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR