“İnstagram” narahatedici şərhləri əngəlləyəcək - "Kölgə Qadağası"

Populyar sosial şəbəkə "İnstagram" narahatedici şərh və məzmunları əngəlləmək üçün mühüm yeniliyi test edir.

Olaylar.az bildirir ki, yeni xüsusiyyət vasitəsilə təhqiredici məzmun bölüşənlərin digər istifadəçilərlə qarşılıqlı təsiri tamamilə kəsiləcək.

Bu barədə "CNN" məlumat verib.

"Kölgə Qadağası" olaraq da adlandırılan bu yenilik sosial şəbəkədə təhqiredici sözlər yazan və "hashtag"dan çox istifadə edənlərə xəbərdarlıq göndərəcək.

Xəbardarlığa əhəmiyyət verməyən istifadəçinin fəaliyyəti məhdudlaşdıracaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR