“5G” rabitəsi istifadəyə verildi – Almaniyada

Avropa bürokratik səbəblərdən "5G" texnologiyasına keçid üzrə ABŞ və Cənubi Koreyadan geri qalır, amma Almaniyanın "Deutsche Telekom" operatoru bu vəziyyəti düzəltmək niyyətindədir, lakin "Vodafone" Britaniya, Almaniya, İtaliya və İspaniya sakinləri üçün limitsiz "4G/5G" elan edib.
Almaniyanın "Deutsche Telekom" rabitə operatoru Berlin və Bonn şəhərlərində "5G" şəbəkələrinin sınaq versiyalarını işə salıb. Həmçinin şirkət bu il "5G" şəbəkələrinin əlçatan olacağı şəhərlərin sayını artıraraq 2020-ci ilin sonuna 20-yə çatdıracağını elan edib.
Səsli xidmətləri dəstəkləyən limitsiz "5G" üçün aylıq 85 avro, səsli xidmətlərsiz isə aylıq 75 avro ödəmək lazım gələcək. "5G" rabitəsi əsasən şəhərlərdə əhalinin sıx məskunlaşdığı rayonları əhatə edəcək, amma şirkət, həmçinin tələbə kampuslarını, sonralar isə kənd regionlarını "5G" rabitə ilə təmin etməyi planlaşdırır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR