ABŞ sanksiyaları “Huawei”-ı milyardlarla zərərə uğradıb

ABŞ sanksiyaları Çinin "Huawei Technologies Co" şirkətinin gəlirlərini yaxın iki il ərzində 30 milyard dollara qədər azaltmağa vadar edib.

Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" agentliyinə şirkətin təsisçisi Ren Çjenfey məlumat verib. Çinli milyarder buna rəğmən 2019-2020-ci illədə satış həcmini 100 milyard dollar civarında saxlaya biləcəkələrini söyləyib.

Xatırladaq ki, ABŞ bu ilin may ayının 17-də "Huawei" şirkətini qara siyahıya salıb. "Google" şirkəti isə Vaşinqtonun təzyiqləri ilə onu Android proqram təminatından məhrum edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR