Gündoğar ölkədə işıqforlar “5G” siqnallarını ötürəcək

Yaponiya hökuməti tərəfindən "5G" mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb.

Olaylar.az bildirir ki, bu ölkədə svetoforlar beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) siqnallarını ötürməyə imkan verən xüsusi avadanlıqla təchiz ediləcək.

Yaponiya hökuməti tərəfindən "5G" mobil şəbəkəsinin qurulmasının sürətləndirilməsi üzrə proqram açıqlanıb. Gündoğar ölkədə yeni nəsil rabitənin 2020-ci ildən etibarən istifadəyə verilməsi planlaşdırılır.

Bundan başqa, svetoforlarda avtonom avtomobillərin hərəkətini asanlaşdırmaq üçün yollarda hərəkət şəraitini qeydə alan ötürücülərin quraşdırılması nəzərdə tutulur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR