“iPhone” pasportu əvəzləyəcək

"iOS 13" sistemli "iPhone" pasportu əvəzləyəcək

Olaylar.az xarici mediaya istinadən bildirir ki, "iOS 13" əməliyyat sistemi "iPhone" smartfonunda "NFC" texnologiyasından istifadə imkanlarını genişləndirəcək. "NFC" çipi vasitəsilə təkcə "Apple Pay" funksiyası ilə ödəniş etmək deyil, eyni zamanda biometrik pasport və kontaktsız "ağıllı" kart məlumatlarını oxumaq, eləcə də "RFID" nişanları (obyektlərin avtomatik identifikasiya üsulu) ilə təchiz edilən digər qurğularla işləmək mümkün olacaq.

Oxuma ilə yanaşı, "iOS 13" sistemi "NFC" nişanına yeni informasiya yazmağa imkan verəcək. "NFC NDEF Tag", "Mifare, FeliCa", "ISO 7816" (pasportlar üçün) və "ISO 15693" standartlarının dəstəklənəcəyi bildirilir.

Sentyabr-oktyabrda təqdim ediləcək "iOS 13" əməliyyat sistemini "iPhone 7" və daha yuxarı modellərə quraşdırmaq mümkün olacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR