18 min azərbaycanlı adını Marsa göndərdi

NASA-nın "adını Marsa göndər" kampaniyası davam edir.

Olaylar.az bildirir ki, 2020-ci ildə qırmızı planetə  yola salınacaq kosmik gəmidəki çiplərə adlar yazılaraq Marsa göndəriləcək. Həmin şəxslərə NASA-nın xüsusi xatirə bileti də təqdim olunacaq.

Marsa öz adını göndərmək istəyənlər sentyabrın 30-na qədər qurumun saytındakı xüsusi online ərizəni doldurmalı olacaqlar.

NASA adlarını Marsa göndərmək istəyənlərin ölkələr üzrə sayını açıqlayıb.

Qırmızı planetə getə bilmək üçün 5, 079,944 nəfər ərizə doldurub.

İlk üçlükdə Türkiyə (2,166,571 nəfər), Hindistan və ABŞ yer alıb.

Azərbaycan isə 18,694 nəfər ərizə ilə siyahıda 29-cu yerdə qərarlaşıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR