Arterial qanaxmanı dayandıran hidrogel hazırlanıb

Çinli alimlərdən ibarət qrup deşilmiş arteriyadan qanın axmasını dayandıran hidrogel hazırlayıb. Alimlər hidrogelin heyvanlar üzərində uğurla sınaqdan keçirildiyini bildirirlər.

hi-news.ru saytının məlumatına görə, hidrogel su, jelatin, zülal və başqa kimyəvi maddələrin qarışığından ibarətdir. Onun strukturu insanın birləşdirici toxumalarına maksimal dərəcədə bənzədilib. Ultrabənövşəyi işıq gelin üzərinə düşdükdə o, cəmi 20-30 saniyə ərzində yaraya yapışaraq və qanın axmasının qarşısını alaraq, bərkiyir və sıxlaşır. Hidrogel 290 mm civə sütununa bərabər təzyiqə davam gətirə bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR