Mobil operatorlar Huawei smartfonlarından imtina edir

ABŞ hökuməti tərəfindən qara siyahıya salındıqdan sonra mobil operatorlar da Huawei ilə əməkdaşlıqdan imtina ediblər.

Olaylar.az bildirir ki,  İngiltərənin Vodafone və EE adlı mobil operatorları 5G modemə sahib qatlana bilən Mate X smartfon modelinin ön sifarişlərinin ləğv olunduğunu elan ediblər.

Bu barədə 4pda saytı məlumat verib.

Mate X modelinin ön sifarişlərinin ləğv olunmasına əsas səbəb kimi mobil operatorlar Huawei şirkətinin öz cihazlarının gələcəkdəki dəstəyi məsələsində qeyri-müəyyənliyin olmasını gətiriblər.

Mate X modelinin satışlarını həmçinin Tayvanın və Yaponiyanın da bir sıra mobil operatorları dayandırıblar. Onlar həmin siyahıya P30 smartfonu da  seriyasını da daxil ediblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR