"Google"dan tibb sahəsində yenilik - Həkimlərdən daha yaxşı təyin edir

Süni intellekt sistemi ağciyər xərçəngini həkimlərdən daha yaxşı təyin edir.
Google şirkətinin mühəndisləri süni intellekt və 3D texnologiyalar vasitəsilə ağciyər xərçənginin dəqiq diaqnozunu reallaşdıran sistemi yaradıblar.
Olaylar.az bildirir ki, "Rusbase"in məlumatına görə, yeni sistem ağciyər xərçəngini sertifikatlaşdırılmış professional həkimdən daha yaxşı təyin edir. 
Döş qəfəsinin kompüter tomoqrafiyası vasitəsilə edilmiş 46.000 fotosu sayəsində mühəndislər süni zəkaya ağciyərlərdə zərərli bağlantıların təyin olunmasını və diaqnostika nəticələrinin 3D formatda təqdim edilməsini öyrədiblər. 
Diaqnozun təyin olunmasında süni intellekt sistemi öş işinin öhdəsindən insanlardan daha yaxşı gəlib. 
"Google" bu sistem xərçəng ehtimalını 5% daha çox təyin etməyi bacarıb və yanlış diaqnozların təyin edilməsi ehtimalını 11% aşağı salıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR