“Microsoft” və “Sony” “bulud” oyun servisləri sahəsində əməkdaşlığa başlayır

Oyun qurğuları bazarında iki əsas rəqib - Yaponiyanın "Sony" və ABŞ-ın "Microsoft" şirkətləri tərəfdaşlığa başlayır. Şirkətlər "Microsoft Azure" platforması əsasında oyun kontent servislərində iş üçün "bulud" həlləri hazırlayacaqlar. Mövcud oxşar "Sony" servisləri də gələcəkdə "Azure" platformasına keçəcək.

Tərəflər arasında imzalanan sazişə görə, kontent yaradıcıları üçün təkmilləşdirilmiş texnologiya platformalarının hazırlanması ilə bağlı planlar nəzərdə tutulur.

"Microsoft" və "Sony" arasında "bulud" oyun servisləri sahəsində tərəfdaşlıq "Microsoft"un "bulud" bazarında əsas rəqibi "Amazon" şirkətinin böyük məğlubiyyəti hesab edilir.

"Bulud" texnologiyaları sahəsində əməkdaşlıqla yanaşı, şirkətlər yarımkeçirici məhsullar və süni intellekt üçün yeni tətbiqlər hazırlayacaqlar. Söhbət "Azure AI" ilə birgə işləyən "ağıllı" təsvir sensorlarının yaradılmasından, eləcə də "Sony" tərəfindən istehlak məhsullarında "Microsoft"un süni intellekt platformasından istifadədən gedir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR