Bu şəhərdə üz tanıma sistemi qadağan edildi

ABŞ-ın San-Fransisko şəhərinin səlahiyyətliləri, polis və digər yerli qurumlar tərəfindən üz tanıma proqramının istifadəsini qadağan edib.

Olaylar.az bildirir ki, bu barədə New York Times qəzeti məlumat verib.

Məlumat görə, San-Fransisko bu texnologiyadan imtina etmiş ilk şəhərdir.

Sözügedən qadağa bu texnologiyanın özünün, eləcə də bu texnologiyadan istifadə edən xarici sistemlərdən əldəolunan informasiyanı istifadəsinə aiddir.

Müvafiq qərar şəhər şurasının nümayəndələri tərəfindən dəstəklənib. Gələn həftə bu məsələ ilə bağlı yenidən səs vermə keçiriləcək.

Qeyd edək ki, bu kimi qadağaların tətbiqi Oklend, Somervil və Massaçuseç şəhərlərində də nəzərdən keçirilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR