Qatlana bilən ekrana sahib noutbuk modeli təqdim olunub

Lenovo şirkəti özünün ThinkPad X1 noutbuk seriyasının yeni modelini təqdim edib.

Olaylar.az bildiri ki, sözügedən noutbuk qatlana bilən sensorlu ekrana sahibdir.

"The Verge" saytınınverdiyi məlumat görə, bu özəllik sayəsində istifadəçi cihazdan həm noutbuk, həm planşet, həm də Windows 10 üçün kiçik monoblok kimi istifadə edə bilər.

Beləliklə sözügedən noutbukk 3:2 nisbətli və 2K keyfiyyətli qatlana bilən sensorlu OLED ekrana sahibdir. Tam açıq vəziyyətdə cihazdan planşet kimi və Bluetooth vasitəsilə klaviaturaya qoşulmuş ekran kimi istifadə etmək olar.

Ekranın qatlanmış formada 9.6 düym ekrana sahib olur.

Batareya həcmi vasitəsilə sözügedən noutbuk bütün gün ərzində çalışa bilər. Məlumata əsasən noutbukun çəkisi 1 kq-dan bir qədər azdır. Cihaz Windows 10 əməliyyat sistemli Intel prosessoru əsasında çalışır.

Şirkət təmsilçiləri qatlana bilən ThinkPad X1 noutbukunun təqdimatının 2020-ci ildə baş tutacağını bildirib.

Noutbukun hansı qiymətə satılacağı baradə məlumat verliməyib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR