Yeni "iPhone" modellərinin xüsusiyyətləri məlum oldu

Apple şirkətinin yeni smartfonlarının "iPhone 11" və ya "XI" adlandırılacağı güman edilir.

Olaylar.az bildirir ki, "Xs" və "Xs Max" smartfonlarının xarici görünüşü əvvəlkilərdən fərqlənməyəcək, onların korpusu yarım millimetr qalın olacaq

Qurğular yeni "A13" prosessoru, üçüncü əsas kamera ilə təchiz ediləcək və korpusun qalınlığı bir qədər artacaq.

Smartfonlar simsiz enerjidoldurma texnologiyasına malik olacaqlar.

Yeni cihazlar çox geniş baxış bucağına malik üçüncü əsas kamera ilə təchiz ediləcək. Yeni "iPhone Xr" smartfonunda optik zumu dəstəkləyən əlavə kamera modulu quraşdırılacaq.

Qeyd edək ki, "Apple" şirkəti sözügedən smartfonları 2019-cu ilin payızında təqdim etməyi planlaşdırır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR