Hughes Facebook-la bağlı şok açıqlama verib

"Facebook"un qurucularından biri olan və sonradan şirkətdən ayrılan Chris Hughes "Facebook" və Mark Zuckerberq haqqında hərkəsi təəcübləndirəcək açıqlama verib.

Hughes Zuckerbergin mövcud sektorda gücləndiyini və "Facebook"un artıq bölünməli olduğunu vurğulayıb. Hughes eyni zamanda Zuckerbergin yalnız öz mövqeyini möhkəmləndirməyə meyilli olduğunu və digər məsələlərə diqqət yetirmədiyini də qeyd edib.

Bundan başqa Hughesin sözlərinə görə "Facebook" güclü inhisar şirkətə çevrilərək Zuckerberqin bütün sosial media gəlirlərinin 80 faizinə sahib olmasına gətirib çıxarıb. Şirkətin keçmiş təmsilçisi öz dövründə insanlara təsir göstərilmədiyini eyni zamanda ölkələrin siyasi mövqeyinə qarışmadıqlarını ifadə edib. Hughes hazırda Zuckerberqin komandasının bu istiqamətdə çalışdıqlarını iddia edir.

Son zamanlar xüsusilə də ABŞ-da sosial media məhdudlaşdırılır. Yeni qaydalar və qanun layihələrinin müzakirə edildiyi bir dövrdə Hughesin bu bəyanatı ölkə gündəmini zəbt etdi. Ümumilikdə bu günə qədər müxtəlif şirkətlərin menecerləri və sahibkarlar bir çox ictimai media platformasına, xüsusilə də "Facebook"un nəzarət altına alınması barədə açıqlamalar veriblər.

milli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR