"Samsung" yeni smartfonu təqdim edib - "Galaxy A60"

Samsung şirkəti Çində orta sinifli "Galaxy A60" smartfonunun təqdimatını keçirib.

Olaylar.az bildirir ki, "Samsung Galaxy A60" modeli "Full HD " formatlı 6,3 düym diaqonallı "LCD" ekran və 32 meqapikselli ön kamera ilə təchiz edilib.

Bu barədə "DGL" resursunda məlumat verilib.

Beləki, qurğu f/1.7 aperturlu 32, enlibucaq obyektivli (f/2.2) 8 və şəkillərdə fonun dağınıqlığı üçün 5 meqapikselli 3 arxa kameraya malikdir.

Modelin əsasını orta səviyyəli səkkiznüvəli "Qualcomm Snapdragon 675" prosessoru təşkil edir. Operativ və quraşdırılmış yaddaşın həcmi müvafiq olaraq 6 və 128 giqabayta bərabərdir. 

Enerjinin doldurulması üçün "USB Type-C" portundan istifadə təklif olunur.

Çində qiyməti 300 dollar olacaq "Samsung Galaxy A60" smartfonunun digər ölkələrdə nə vaxt satışa çıxarılacağı barədə məlumat verilmir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR