Samrtfonlar sahibinin ölümünü təyin edə biləcək

Smartfon sahibinin ölümünü müəyyənləşdirə biləcək barmaq skaneri hazırlanıb.

Layihə Cənubi Koreyanın Milli Elm və Texnologiyalar İnstitutunun alimləri tərəfindən irəli sürlüb. Məlumata görə, mütəxəssislər barmaq izi skanerinin funksiyaları təkmilləşdirirərək texnologiyanın köməyi ilə yalnız qurğu sahibinin deyil, eyni zamanda onun səhhətindəki dəyişikliyi (bədən temperaturunu) müəyyənləşdirə bilir.

Skaner qurğu istifadəçisinin bədən temperaturu 30-45 selsi dərəcə arasında dəyişən zaman qurğu avtomatik olaraq kiliddən açılır. Bununla yanaşı, temperatur göstəricisi müəyyən edilmiş çərçivəyə sığmadığı halda qurğu blokdan çıxarılmamış vəziyyətdə qalır, çünki insan bədəni başqa temperatura dözə bilmir.

Alimlər düşünür ki, ən son texnologiyalar əsasında hazırlanan yeni qurğunun yaradılmasının məqsədi smartfonla barmaq mulyajının deyil, onun sahibinin istifadə etməsini müəyyənləşdirməkdən ibarətdir.

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR