İnternetdə yeni virus

Bolqarıstanın kibertəhlükəsizlik sahəsi üzrə "VessOnSecurity" təxəllüslü tədqiqatçısı "Twitter" səhifəsində yeni virus aşkarlaması barədə məlumat verib.   

Ekspertin sözlərinə görə, zərərli proqram təminatının işi 2016-cı ildə həyata keçirilən "DDoS" hücumu zamanı dünyanın bir neçə ölkəsini internetə çıxışdan məhrum edən "Mirai" botnetinin fəaliyyətinə bənzəyir.

Bildirilir ki, bir neçə gün sonra tədqiqatçı virusun yayılma xəritəsini dərc edib. "Həmişə olduğu kimi, birinci yerdə ABŞ qərarlaşıb. Çoxsaylı unikal "IP" və "URL" ünvanları xüsusilə diqqət çəkir. Buna səbəb isə "Mirai" botnetinə oxşar virusdur", - ekspert qeyd edib.

Məlumata görə, naməlum virus vasitəsilə hücumların sayı hər saat artır - iyulun 1-nə olan məlumata görə, zərərli proqram təminatı hər 1,2 saniyədə hücum həyata keçirib.

Adətən zərərli faylların yüklənildiyi "URL" ünvanlarından məlum olub ki, virus həqiqətən məlum güclü botnetlə bağlılığa malikdir: məlumatlarda "Mirai" və onun "Sora" modifikasiyası qeyd olunur.

Qeyd edək ki, bir neçə ay əvvəl "Fortinet" şirkətinin ekspertləri tərəfindən internetdə dünyanın ən böyük "Mirai" botnetinin "Mirai OMG" adlı yeni versiyasının aktivləşməsi açıqlanıb. Naməlum cinayətkarlar "Əşyalar interneti" qurğularını ələ keçirməklə yanaşı, onları proksi serverlərinə çeviriblər.  

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR