"WhatsApp" dan istifadəçilərin narazılığına səbəb olan XƏTA- FOTOLAR

 

"Facebook" nəzdində yaradılan "WhatsApp" mesajlaşma proqramı bu dəfə yeniliyi ilə deyil etdiyi böyük bir xəta ilə gündəmə gəlib.
 "Blok" siyahısı ilə bağlı şirkət yanlışlıq edib. Belə ki, əgər kontaktınız- adlar siyahısındakı şəxsləri "qadağa" siyahısına atmısınızsa artıq həmin şəxs həm sizə mesaj yaza bilmir, həm də sizin profil şəkliniz və statuslarınızı görə bilmir. Elə proqramdakı yalnışlıqda məhz bu məsələ ilə bağlıdır. "WhatsApp" tətbiqetməsinin xətası ucbatından insanlar "qadağa" siyahılarındakı şəxslər tərəfindən mesajlar alıb.


Bu hal bir çoxlarının təəccübünə səbəb olsa da, məsələnin məğzini anlamaq mümkün olmayıb. "Facebook" və "TWitter" kimi platformalarda eyni halla qarşılaşanlar şərhlər və şikayətlər yağdırıblar.
Onu da qeyd edək ki, İOS və ANDROİD tipli telefonların bir qismi eyni xətanı yaşamaqda davam edir. Şirkət rəhbərliyi bu halın aradan qaldırılması üçün "yeniləmə" tətbiqetməsini qısa müddət ərzində bərpa etməyə çalışır.
A24.Az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR