“YouTube” təhlükəsizlik tədbirlərini gücləndirir

"Yutub" şirkətin Kaliforniyadaki baş gərargahı qarşısındakı atışmadan sonra bütün dünya üzrə ofislərində təhlükəsizlik tədbirlərini gücləndirmək niyyətindədir.

Bu barədə şirkətin "Tvitter" hesabında dərc edilmiş bəyanatda deyilir.

"Biz baş vermiş insidenti diqqətlə araşdırırıq və bütün dünya üzrə ofislərimizdə təhlükəsizlik tədbirlərini gücləndirəcəyik", - deyə bəyanatda bildirilir.

Xatırladaq ki, aprelin 3-də "Yutub"un Kaliforniya ştatının San-Bruno şəhərində yerləşən baş ofisi qarşısında atışma baş verib. İnsident nəticəsində 2 qadın və 1 kişi yaralanıb. Trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR