Whatsappda İNANILMAZ YENİLİK: göndərdiyiniz mesajlar...

Whatsappın bu günlərdə istifadəyə verdiyi yenilik sayəsində göndərilən mesajları geri qaytarmaq və silmək mümkün olacaq. Bəs bu yeniliyi necə tətbiq edə bilərik? Bunun üçün istifadəçilər Vatsapın son versiyasını telefona yükləməlidirlər. Göndərilən mesajın üzərinə toxunaraq bir müddət saxlayıb, sil seçimini etmək lazımdır. Bu zaman iki fərqli "sil" seçimi ilə qarşılaşacaqsınız. Əgər mesajın üzərinə toxunanda sadəcə "sil" əmrini seçsəniz, mesaj silinəcək. "Hər kəs üçün sil" əmrinə seçsəniz göndərdiyiniz mesajı qarşı tərəfdən də silmiş olacaqsınız. Beləliklə, qarşı tərəf ya o mesajı görmür, ya da görsə belə bu seçimi etməklə onun ekranından da silirsiniz.

Lakin bu tətbiq nə qədər yaxşı olsa da, kiçik bir nüansı bilməlisiniz. Mesajı sildiyiniz an həm sizin, həm də qarşı tərəfin telefonuna bununla bağlı mesaj göndəriləcək. Beləliklə, qarşı tərəf ona göndərilən mesajın silindiyini bilir. Lakin mesajda yazılanları oxuya bilmir. Publika.az 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR