FİFA-dan irqçiliklə bağlı sərt qərar

FİFA irqçiliklə bağlı cəzanı sərtləşdirib.

Olaylar.az  xəbər verir ki, yeni qərara əsasən bundan sonra oyunlar zamanı irqçi davranışa görə 10 oyunluq cəza tətbiq ediləcək.

Qurumun bəyanatında vurğulanıb ki, FİFA irqçi təhqirlərə məruz qalan heç kimi köməksiz qoymayacaq: "Söhbət konkret olaraq şəxslərin dərisinin rənginə, etnik və milli mənsubiyyətinə, sosial qruplarına, seksual oriyentasiyasına, dininə və dilinə, sağlamlığına, siyasi baxışlarına və sair təhqirlərdən gedir. Əgər azarkeşlər irqçiliyə yol verərsə, bu halda onların tutduğu klublar cəzalandırılacaq. İlk növbədə klub, yaxud milli assosiasiyanın stadionunun tribunasının bir qisminin qapadılması və 20 min İsveçrə frankı məbləğində cəza nəzərdə tutulur. Hakim ayrı-ayrı vaxtlarda irqçiliyə və diskriminasiyaya görə oyunu dayandırarsa, bu halda matç ləğv ediləcək".

azadinform

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR