İspaniya Məhkəməsi Pikeni cərimələdi

İspaniya Milli Məhkəməsi "Barselona"nın müdafiəçisi Jerar Pike ilə bağlı qərarını verib. İspaniya mətbuatının yazdığına görə, məhkəmə 32 yaşlı futbolçunu 2008, 2009 və 2010-cu illərdə imic hüquqlarından əldə olunmuş gəlirlər üzrə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün cəzalandırıb. Qərara əsasən, ispan futbolçu 2,3 milyon dollar məbləğində cərimələnib. Qeyd edək ki, Pike qərara etiraz olaraq İspaniyanın Ali Məhkəməsinə müraciət edə bilər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR