Lampard rəsmən “Çelsi”də - “Zadəgan” evinə qayıtdı

Çelsi azerkeşlərinin "Super Frank" ləqəbli əfsanəvi oyunçusu Frank Lampard kluba baş məşqçi kimi qayıdıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Derbi Kaunti"dən ayrılan Frank Lampard "Çelsi"nin baş məşqçisi təyin edilib.

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, "Yuventus"a keçən Maurisio Sarrini əvəzləyib.

Qeyd edək ki, "Super Frank" 2001-2014-cü illərdə "Çelsi"də oynayıb və 648 matçda 211 qol vuraraq zadəganlar klubu tarixinin ən yaxşı bombardiri olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR