Bu gün 4 qadın güləşçimiz medal uğrunda mübarizə aparacaq

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Olaylar.az bildirir ki, bu gün  4 qadın güləşçimizdən ikisi qızıl, ikisi bürünc medal uğrunda yarışacaq.

50 kq çəkidə mübarizə aparan Mariya Stadnik ukraynalı Oksana Livaçla üz-üzə gələcək.

Alyona Kolesnik (57 kq) bürünc medal uğrunda görüşdə türkiyəli Bediha Günlə güləşəcək.

Elmira Qəmbərova (62 kq) finalda ukraynalı idmançı Yuliya Tkaçla qarşılaşacaq.

76 kiloda yarışan Səbirə Əliyeva isə bürünc medal uğurdunda güləşəcək. Onun rəqibi İselin Solheym (Norveç) olacaq.

Qeyd edək ki, bu günə qədər güləş millimiz 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR