Hacı Əliyev erməni rəqibini məğlub etdi - Foto

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev "Minsk 2019" II Avropa Oyunlarına qələbə ilə başlayıb.

65 kq çəki dərəcəsində yer alan titullu idmançı 1/8 final görüşündə Ermənistan təmsilçisi Valodya Franqulyana heç bir şans verməyib - 6:0.

Daha bir sərbəst güləşçi Hacımurad Hacıyev isə təsəlliverici qarşılaşmada Kirillos Binenmpauma 10:3 hesabı ilə qalib gələrək, bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. O, axşam seansında ukraynalı Vasili Mixaylovu yensə, fəxri kürsüyə yüksələcək.

86 kq çəkidə yer alan Aleksandr Qostiyevin isə bürünc medal görüşündə rəqibi müəyyənləşib. Qostiyev təsəlliverici görüşdə qələbə qazanan san-marinolu Nazem Mines Amine ilə qarşılaşacaq.

125 kq çəkidəki Cəmaləddin Məhəmmədov bürünc medal qarşılaşmasında təsəlliverici görüşünü qalib kimi başa vuran rumıniyalı Rares Kintoanla üz-üzə gələcək.

Hacı Əliyev 1/4 final görüşündə belaruslu Georgi Koliyevlə üz-üzə gələcək.

97 kq çəkidəki Nurməhəmməd Hacıyev isə 1/8 finalda polşalı Radoslav Baranı məğlubiyyətə uğradıb - 8:0.

Onun 1/4 finaldakı rəqibi isə gürcüstanlı Elizbar Odikadze olacaq.

teleqraf

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR