Dünyanın ən çox gəlir əldə edən idmançısı məlum olub

"Forbes" dünyanın ən çox gəlir əldə edən idmançılarının siyahısını açıqlayıb.

Olaylar.az bildirir ki, "Barselona" klubunun argentinalı ulduz Lionel Messi ötən il 127 milyon dollarla ən çox qazanan idmançı olub.

"Yuventus"un portuqaliyalı ulduzu Kristian Ronaldo 109 milyon dollarla ikinci, braziliyalı futbolçu Neymar 105 milyon dollar ilə üçüncü sırada yer alıb. 

Meksikalı boksçu Canelo Alvarez və isveçrəli tenisçi Roger Federer beşliyi tamamlayıb.

ABŞ tennisçisi Serena Uilliams 100 nəfərlik siyahıda 29,2 milyon dollar gəlir əldə edən yeganə qadın atlet olub.

Qeyd edək ki, siyahı 2018-2019-cu illəri arasında əmək haqqı, turnir, sponsor gəlirləri və bonuslardan əldə etdiyi gəlirlər əsasında hazırlanır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR