"Arsenal"ın giriş qapısında Bakı ilə bağlı şüar — FOTOFAKT

Avropa Liqasının finalçılarından biri olan London "Arsenal"ı artıq Bakıdadır.

"Ölkə.Az" bildirir ki, buna baxmayaraq klubun azarkeşləri arasında qarşıdakı matç və bu matç ətrafında baş verənlərlə bağlı mübahisəsi davam edir.

Müzakirələrdən biri Arsenalın pərəstişkarları tərəfindən yayımlanan bir posterin fotoşəkili səbəbindən başlayıb. Belə ki, "topçuların" "Emirates" stadionunun yaxınlığında yerləşən bilbordda, 11 aprel tarixində Arsenal və İtaliya "Napoli"sinin Avropa Liqasının ilk dörddəbir final matçının afişasındakı bir yazı diqqəti çəkib. Burada "Together to Baku" (Birlikdə Bakıda) yazılıb. 

Adekvat azarkeşlər məhz bu sözləri oxuyub belə bir fikir səsləndirir: "Hamımız uzun müddətdir finalın Bakıda keçiriləcəyini bilirdik. İndi niyə hər kəs belə təəccüblənir?"

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR