Mxitaryan indiki vəziyyətdə komandaya yox, erməni lobbisinə yardım edir - FUAD HEYDƏR

"Bildiyimiz kimi ölkəmiz növbəti böyük beynəlxalq yarışa hazırlaşır və buna çox az zaman qalıb. Lakin bu cür beynəlxalq yarışın bütün dünyanın diqqətində olduğunu nəzərə alsaq görərik ki,bu yarışa və ölkəmizin nüfuzuna yaraşmayan hallar baş verir." Bu  fikirləri   Olaylar.az saytına gənc siyasi  ekspert FUAD HEYDƏR deyib. O bildirib   ki   bunun səbəbkarı isə təbii ki, Azərbaycana xələl gətirmək istəyən erməni lobbisi və onun timsalında Arsenalın oyunçusu H.Mxitaryandır. Erməni oyunçu ölkəmizdə keçiriləcək AL final yarışına gəlmədi. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının FİFA və Arsenal klubuna H.Mxitaryanın ölkəmizə gəldiyi andan etibarən gedənə qədər həyatı təhlükəsizliyi üçün təminat verməsinə baxmayaraq,erməni futbolçunun bu təminata inanmayıb. Ölkəmizə gəlməyərək özünü reklam edib, futbol arenasında şöhrət qazanmaq istəyir. Arsenal klubu isə öz növbəsində klub daxilində apardığı gəncləşdirmə siyasətinə əsasən Mixtaryanı bundan sonra satmaq imkanları daha da genişləndi və satmaq ehtimalı çox yüksəkdir. İndi isə hadisələrə analiz edək. Arsenal erməni oyunçunu keçən il Mançester Yunayted klubundan böyük ümidlərlə transfer etmişdi. Lakin keçən sezona baxanda görürük ki,oyunçu demək olar ki, bütün sezonu ehtiyat oyunçular skamyasında keçirib və komandaya heç bir xeyri dəyməyib. 2 çi bir məsələ Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir və ilk dəfə deyildi ki, ölkəmizdə erməni idmançı olacaqdı. İndiyə qədər olmuş yarışlarda ölkəmizə gələn erməni idmançılar və ya ümumilikdə komanda şəklində heç bir siyasi, psixoloji,fiziki, təzyiqə məruz qalmayıblar ki, buna ölkəmizin verdiyi zəmanət səbəb olmuşdur. Hətta erməni idmançılardan biri dünən müsahibəsində Mxitaryanın səhv addım atdığını heç bir narahatçılıqa əsas olmadığını bildirdi və dedi ki, belə bir vacib oyunda komandanın yanında olub onlara dəstək vermək lazım idi. Və təbii ki,bu məsələ Arsenal rəhbərliyinin nəzərindən yayınmır. Mxitaryan indiki vəziyyətdə komandaya yox erməni lobbisinə yardım edir ki,guya Azərbaycanda buna qarşı hər hansı təhlükə ola bilərdi. Mən şəxsən inanıram ki,adı siyasi məsələlərdə hallanan bir oyunçunun klubda çox uzun müddət qalması mümkün deyil. Mxitaryanın sonrakı taleyi isə belə ola bilər ki,hər hansı bir 2 çi səviyyəli liqada iştirak etsin və yenidən öz üzərində çalışıb özünə inam qazandıqdan sonra yenidən yüksəlsin ki,buda artıq yaşı 30 u keçmiş bir oyunçu üçün mümkünsüzdür

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR