Azərbaycanın ünvanına tənqidlər ağlasığmazdır - Ermənistandan SƏRT ETİRAZ

"Arsenal"ın futbolçusu Henrix Mxitaryanın Bakıda Avropa Liqasının finalına getməyəcəyi barədə açıqlaması Ermənistanda sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

"Eurasia.net" saytının məlumatına görə, Ermənistan Boks Federasiyasının mətbuat katibi Yervand Akopyan öz "Facebook" səhifəsində bu qərarı tənqid edib:

"Azərbaycan və UEFA-nın ünvanına tənqidlər ağlasığmazdır. Onlar bütün təhlükəsizlik təminatlarını təqdim ediblər. Mxitaryan özü getməmək qərarı verib".

Bu yazını şərh edənlərdən biri isə H.Mxitaryanı "qorxaq" adlandırıb və xatırladıb ki, erməni güləşçilər Bakıya 2007-ci ildə dünya çempionatı və 2015-ci ildə Avropa oyunlarında iştirak edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR