Milli Gimnastika Arenası gözəldir - britaniyalı məşqçi

Bakıda aerobika gimnastikası üzrə Avropa çempionatında idmançılar üçün yaxşı şərait yaradılıb.

Bunu  Böyük Britaniyanın qrup komandasının məşqçisi Xolli Lou deyib.

O qeyd edib ki, Bakıda gimnastlar üçün yaxşı şərait yaradılıb:

"Biz hər şey ilə razıyıq. Yarışlar yüksək səviyyədə təşkil olunub. Hər şey çox yaxşıdır, həm Milli Gimnastika Arenası, həm də şəhərin özü. Deyə bilərəm ki, sizin zalınız çox gözəldir".

Öz komandasının çıxışından danışarkən, X.Lou onlardan razı qaldığını vurğulayıb, lakin gimnastların çıxışları zamanı bəzi nöqsanlara yol verildiyini qeyd edib.

Qeyd edək ki, mayın 24-ü Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ilk yarış günü start götürüb.

Yarışın birinci günündə gənc gimnastlar mübarizə aparırlar. Ertəsi gün isə qitə çempionluğu uğrunda mübarizəyə böyük aerobika gimnastları qatılacaqlar. Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR