UEFA prezidentindən Mxitaryana TARİXİ XATIRLATMA

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

Çeferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir.

UEFA prezidenti Mxitaryanın "təhlükəsizlik" məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. O bildirib ki, Mxitaryanın fikirləri Fransada "Avro-2016"nın keçirildiyi zaman dedikləri ilə paralellik təşkil edir. "Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa gələcəkdə heç nə təşkil edə bilməyəcəyik", - deyə UEFA prezidenti qeyd edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının final görüşü mayın 29-da Bakının Olimpiya Stadionunda keçiriləcək. Həlledici oyunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları qarşılaşacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR