İngilis şərhçi Mxitaryanın Bakıya gətirilməməsinin ƏSL SƏBƏBİNİ AÇDI - VİDEO

Böyük Britaniyanın ESPN (Entertainment and Sports Programming Network) kanalı "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryanın UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalına gəlməməsi və bu məsələ ətrafınfa yayılan iddialarla bağlı veriliş hazırlayıb.

Publika.az xəbər verir ki, verilişdə idman şərhçisiStiv Nikol Mxitaryanın "Arsenal" üçün o qədər də önəmli futbolçu olmadığını, güclü performans göstərmədiyini nəzərə çatdırıb.

Şərhçi bildirib ki, bu səbəblərə görə erməni futbolçunun Bakıda meydana çıxmaması komanda üçün böyük itki hesab edilə bilməz.

Stiv Bikol həmçinin, oyunu boykot etmək çağırışlarının düzgün olmadığını vurğulayıb. "Oyun keçirilməlidir, oynanılmalıdır", - şərhçi bildirib.

Həmin kadrları təqdim edirik:

Qeyd edək ki, ESPN 1979-ci ildə yayıma başlayan və 40-a yaxın ölkədə yayım edən dünyaca məşhur idman kanalıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR