Oyun zamanı infarkt keçirən hakim öldü - VİDEO

Futbol dünyasında daha bir faciə yaşanıb.

Boliviyada oyun zamanı hakim infarkt keçirib.

Çempionatın 25-ci turunda "Olueys Redi" - "Oriende Petrolero" matçı zamanı baş hakim Viktor Huqo Hurdado ürək tutması keçirib. 47-ci dəqiqədə yerdə qalan referi ilk müdaxilədən sonra ayılıb və dərhal xəstəxanaya çatdırılıb. Ancaq xəstəxanada ikinci dəfə infarkt keçirən 32 yaşlı hakim gözlərini əbədi yumub.

Matçın keçirildiyi "El-Alto" stadionu dəniz səviyyəsindən 4150 metr hündürlükdədir.

Milli.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR