“BİR” tələbə-könüllüləri Heydər Əliyev adına Böyük Dəbilqə turnirində BİRlik nümayiş etdiriblər

Heydər Əliyev adına İdman Sarayında keçirilən cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turnirinin təşkilinə Təhsil Nazirliyinin "BİR" tələbə-könüllüləri dəstək veriblər. Olaylar.az bildirir ki, tədbirin açılış mərasimində Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev iştirak edib.

31 ölkənin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə 40-a yaxın yüksək dil biliyinə malik "BİR" tələbə-könüllülər tamaşaçıların qarşılanması, yönləndirilməsi, xarici qonaqların və idmançıların müşayiət olunması, məlumatlandırılması, tədbir məkanının təşkil olunması işlərində uğurla fəaliyyət göstərib. Həmçinin təcrübəli "BİR" koordinatorlar tərəfindən beynəlxalq tədbirə təşkilati dəstək də verilib.

"Böyük dəbilqə" beynəlxalq turnirinin hər bir hissəsində iştirakçılar tələbə-könülüllərin dəstəyindən faydalanıblar. Sonda isə beynəlxalq turnirin idmançıları və qonaqları uğurlu fəaliyyətlərinə görə "BİR" tələbə-könüllülərə öz təşəkkürlərini bildiriblər.

Beynəlxalq turnirə təşkilati və könüllü dəstəyi Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü proqramı tərəfindən verilib. Tədbir üçün müraciət edən 300-dən çox tələbə-könüllü arasında xüsusi seçim və müsahibə mərhələsi keçirilib. Seçilən tələbə-könüllülər üçün Beynəlxalq turnirdən öncə təlim prosesi həyata keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR